Yardımlı sakinindən metamfitamin və qaz tapançası götürülüb


12:33     21 Sentyabr 2020 hebs89.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Yardımlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş S.İbayev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 51 qramdan artıq metamfetamin götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Aruz kəndi ərazisində gizlətdiyi “Ekol ES 66” markalı qaz tapançası və 139 ədəd patron da aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 260