Daha bir ölkə Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini rəsmən bəyan etdi


13:25     21 Sentyabr 2020 20_09_21_1600680355.jpg

Əfqanıstanla Azərbaycan arasında münasibətlər çox yüksək səviyyədədir. Eyni zamanda Əfqanıstan Dağlıq Qarabağ münaqişəsilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir.


Bu barədə Femida.az-a Əfqanıstan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumatda həmçinin Lapis-Lazuli nəqliyyat dəhlizi işə salınandan sonra iki ölkə arasında daha geniş əməkdaşlıq imkanlarının açılacağı da qeyd olunub: “Nəqliyyat, tranzit, rabitə məsələlərilə bağlı Əfqanıstan, Azərbaycan və Türkmənistanın müvafiq işçi qrupları arasında ilk görüş 2020-ci il iyulun 27-də keçirilib. Əsas məqsəd kommersiya yüklərinin daşımalarında qarşılıqlı dəstəkdir”.

Bununla yanaşı, cari ilin iyun ayında Azərbaycanın koronavirus pandemiyasına qarşı mübarizə aparmaq üçün Əfqanıstan tərəfinə humanitar yardım şəklində 22,76 ton dava-dərman verdiyi də xatırlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 292