Şəhid çavuş dəfn olunub


16:38     21 Sentyabr 2020 20_09_21_1600693192.jpg


Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov dəfn olunub.

Şəhidin cənazəsi Tovuz şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 420