Vüsal Hüseynov vətəndaşların videoqəbulunu keçirəcək


16:58     21 Sentyabr 2020 20_09_21_1600693266.jpg

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov sentyabrın 24-də saat 15:00-da vətəndaşların videoqəbulunu keçirəcək.

DMX-dən Femida.az-a bildiriblər ki, videoqəbulda iştirak etmək istəyən vətəndaşlar Xidmətin rəsmi internet səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Qəbula yazılanlar şəxsiyyət vəsiqəsini (əcnəbi olduğu təqdirdə yaşama icazəsi və ya xarici pasportu), nümayəndə müraciət etdikdə isə bunu təsdiqləyən rəsmi sənədləri təqdim etməlidirlər.

Müraciətin səbəbi aydın və ətraflı göstərilməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 262