XİN rəsmisi: "Təcavüzkar Ermənistan növbəti qanlı təxribat törədib"


17:04     21 Sentyabr 2020 20_09_21_1600693354.jpg


"Təcavüzkar Ermənistan tərəfindən növbəti qanlı təxribat törədilib".


Femida.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter" səhifəsində yazıb.

"Bu gün Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi öldürülüb. Allah Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaq yolunda canını qurban verən şəhidimizə rəhmət eləsin!", - o qeyd edib.

Qeyd edək ki, son günlər Ermənistanın təxribatları nəticəsində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət gərginləşib.

Belə ki, sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Sentyabrın 20-si saat 17 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimi növbəti dəfə pozulub. Düşmən Tovuz rayonu, Ağdam kəndi ərazisində yerləşən Azərbaycan Ordusunun döyüş postuna odlu silahdan atəş açıb. Nəticədə əsgər Qurbanov Qurban Azad oğlu sağ çiyin nahiyəsinin kor qəlpə yarası xəsarəti alıb.

Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Femida.az

Açar sözlər:

Oxunub: 251