Xaricdən göndərilən narkotiki satanda tutuldu


18:55     21 Sentyabr 2020 2020/09/1600675699319_kHs4WnOh_1600700221.jpeg

Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının 6-cı mikrorayon ərazisində keçirdiyi tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb.

DİN mətbuatxidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

Fərqan Əlili barəsində 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 263