Yaşayış zonasına çirkab suları axıdan şirkət cərimələndi


10:26     22 Sentyabr 2020 2020/09/1600755242041_FVjulEqn_1600756090.jpg

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və bu sahədə törədilmiş hüquqpozmaların araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az
Araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilib.

Araşdırma nəticəsində toplanmış material müvafiq qərar qəbul edilməsindən ötrü Binəqədi rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə “Məhəmmədoğulları” MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 min manat məbləğində cərimə edilib.

Açar sözlər:

Oxunub: 310