Bakı metrosunda qatarlar gecikir


12:00     22 Sentyabr 2020 2020/09/1600760203520_Ndv8UqSz_1600761775.jpeg


“Bakı Metropoliteni“nin “Nəriman Nərimanov” – “Ulduz” stansiyaları arasında yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlıq səbəbindən hazırda metropolitenin xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur.


Femida.az -ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval əlavə olaraq 2-3 dəqiqə artıb: “Bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir”.

Açar sözlər: #metro  

Oxunub: 269