Erməni terrorçuları Tural Gəncəliyevi təhdid edib


14:09     22 Sentyabr 2020 20_09_22_1600769652.jpg

Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - deyə o bildirib.

Femida.az

Açar sözlər: #Erməni   #terror   #TuralGəncəliyev  

Oxunub: 540