Qubada virusa yoluxan müəllimlər karantinə alınıb


14:45     22 Sentyabr 2020 müellim-660x330.jpg

Xəbər verildiyi kimi, Quba rayonunun Qamqam kənd orta məktəbində 8 müəllimin virusa yoluxması səbəbindən əyani formada tədris dayandırılıb, distant formaya keçid edilib.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev Azvision.az -a açıqlamasında bildirib ki, koronavirusa yoluxan müəllimlər 2 gündür karantindədir.

"Yoluxma mənbəyi dəqiq bilinmir. Məktəbdə dərslər distant şəkildə davam edir. Müəllimlərin test nəticələri bəlli olduqdan sonra məktəbdə dərslərin əyani formada bərpa olunması barədə qərar veriləcək".

Femida.az

Açar sözlər:

Oxunub: 425