AŞPA Tofiq Yaqublu barədə qərarı alqışladı
15:39 22 Sentyabr 2020
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Tofiq Yaqublunun 28 sentyabr 2020-ci ildə keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılması barədə Bakı Apellyasiya Məhkəməsinin qərarını alqışlayıb.
Femida.az AŞPA-nın saytına istinadən xəbər verir ki, bu barədə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Rocer Qeyl (Birləşmiş Krallıq), Stefan Şennax (Avstriya) və xüsusi məruzəçi Sunna Evarsdottirin (İslandiya) birgə açıqlamasında deyilir.
“Həbsin ev dustaqlığına dəyişdirilməsi yaxşı bir addımdır. Bu, bizdə Azərbaycan hakimiyyətinin Tofiq Yaqublu ilə bağlı narahatlığımızı nəzərə alaraq, onun işinə Avropa Şurası standartlarına uyğun olaraq ədalətli şəkildə baxılacağına ümid yaradır. Biz, həmçinin Yaqublunun aclıq aksiyasına son qoymaq qərarından da məmnunuq”, - deyə AŞPA həmməruzəçiləri bildiriblər.
Femida.az
Oxunub: 1377
Oxşar xəbərlər
- Sahibə Qafarova AŞPA-nın məruzəçisi ilə görüşüb
- Azərbaycan XİN başçısının müavini AŞPA məruzəçisi ilə görüşüb
- AŞPA məruzəçisi Azərbycana gəlir
- AŞPA qadınlarla bağlı qətnamə qəbul edib
- AŞPA məruzəçisi Azərbaycanın humanitar addımını alqışlayıb
- AŞPA Navalnının azadlığa buraxılmasına dair qətnamə qəbul edib
- Bu gün AŞPA-nın yaz sessiyası başlayır
- Azərbaycan deputatları AŞPA-ya gedir
- Mövlud Çavuşoğlu AŞPA Prezidenti ilə görüşüb
- Məhkəmə Qasparyanın iddiasını geri qaytardı