Yeni yoluxma 98 nəfər - 2 nəfər öldü


15:40     22 Sentyabr 2020 20_09_22_1600774855.jpg


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 39 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 36 949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1 851 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 672, bu günə qədər isə ümumilikdə 1 064 475 test icra olunub.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 242