Millət vəkili: “Bəzi müğənnilərin intellekti çox aşağıdır“
16:39 24 May 2015
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov son günlər yenidən gündəmə gələn aparıcıların səviyyəsi və mədəniyyəti məsələsinə münasibət bildirib.
N.Cəfərov Trend-ə bildirib ki, aparıcıların səviyyəsi və mədəniyyəti məsələsi həmişə problemdir.
O qeyd edib ki, aparıcı televiziyanın simasıdır: “Bəd xəbər də olsa, şad xəbər də olsa, aparıcının şəxsiyyəti olmalıdır, burada birinci növbədə televiziyanın siması müəyyənləşdirilir. İndi bizdə bu sahədə xüsusi bir məktəb yoxdur”.
Dünya praktikasından misal gətirən N.Cəfərov vürğulayıb ki, dünyada hər bir televiziyanın daxilində aparıcını yetişdirən məktəb var:
“Televiziyada aparıcıların üzərində hər zaman nəzarət olur, o cümlədən onların hərəkətləri, reaksiyaları təhlil olunur. Düzdür, Azərbaycanda bu sahədə müəyyən qədər inkişaf var, amma buna baxmayaraq, yenə də bu problem qalmaqdadır”.
N.Cəfərov bir məqama da toxunub. Bu da telekanalların aparıcıların ya müğənni, ya da incəsənət adamı olmasına üstünlük verməsidir:
“Bu da istər-istəməz problem yaradır. Çünki bir çox müğənninin intellekt səviyyəsi çox aşağıdır, səbəbi də odur ki, onlar aparıcılıq məktəbi görmürlər, sadəcə oxumaq istedadlarına görə gəlirlər və onların təfəkkürü lazımi zənginlikdə olmur. Yaxşı aparıcı olmaq üçün ictimai, siyasi, ideoloji təfəkkür lazımdır”.
N.Cəfərov onu da qeyd edib ki, aparıcılarda bir az şitlik çox olur, xüsusilə də qadın aparıcılarda: “Kişi aparıcılar nisbətən normaldırlar, müəyyən qədər gözləyirlər”.
Oxunub: 1130
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR