Ermənistan silahlı qüvvələri atəşkəsi 49 dəfə pozub
09:42 23 Sentyabr 2020
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən istifadə etməklə sutka ərzində atəşkəs rejimini 49 dəfə pozub.
Müdafiə Nazirliyindən Femida.az-a verilən xəbərə görə, Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Ağdam, Koxanəbi, Ağbulaq və Muncuqlu kəndlərində, Yeğeqnadzor rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxunub: 396
Oxşar xəbərlər
- Ermənistan tərəfindən açılan atəş nəticəsində Azərbaycanın üç hərbçisi yaralanıb
- Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi