“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib


11:14     23 Sentyabr 2020 2020/09/1600845079061_tpZmK6Es_1600845369.jpeg


“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib.


Femida.az -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edib.

Qeyd edək ki, “Mediasiya haqqında” qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi.

Qanunun qüvvəyə minmə tarixi dəyişdirilib və qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Nazirlər Kabinetinin qərarı da qanunun qüvvəyə minmə tarixinin dəyişdirilməsinə uyğunlaşdırılıb.

Açar sözlər: #mediasiya   #qanun  

Oxunub: 541