“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib
11:14 23 Sentyabr 2020
“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişib.
Femida.az -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 iyul tarixli 308 nömrəli, “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edib.
Qeyd edək ki, “Mediasiya haqqında” qanun 2020-ci ilin iyulun 1-dən qüvvəyə minməli idi.
Qanunun qüvvəyə minmə tarixi dəyişdirilib və qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Nazirlər Kabinetinin qərarı da qanunun qüvvəyə minmə tarixinin dəyişdirilməsinə uyğunlaşdırılıb.
Oxunub: 542
Oxşar xəbərlər
- Mediasiya prosesinin həyata keçirilməsi qaydasında dəyişiklik edilib
- “Mediasiya haqqında” Qanuna dəyişiklik edilib
- "Mediasiya haqqında" qanuna dəyişikliklər qəbul edilib
- Nadir Adilov Mediasiya Şurası İdarə Heyətinin sədri seçildi
- “Mediasiya haqqında” qanunun qüvvəyə minmə vaxtı uzadılır
- “Mediasiya haqqında” qanunun qüvvəyə minmə vaxtı uzadıldı
- “Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişir
- “Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi dəyişdirildi
- Azərbaycanda Mediasiya Şurası təsis edilib
- Vəkillər üçün ilk dəfə mediasiya təlimi keçirilib