Bakıda mağazadan 6 min manat oğurlanıb


11:24     23 Sentyabr 2020 2020/09/1600844927014_axCyQKXh_1600845923.jpg

Bakıda mağazalardan oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 17-də Səbail rayonu ərazisindəki mağazaların birindən 1000 manat və 3000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini B.İsmayılov, Sumqayıt şəhər sakini F.Kərimov və Şamaxı rayon sakini N.Rəhimov saxlanılıb.

Açar sözlər:

Oxunub: 372