Lavrov: "Rusiya 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”


14:58     23 Sentyabr 2020 lavrov.jpg


“Rusiya tərəfi nizamlama prosesində işğal olunmuş 5 rayonun geri qaytarılmasının, əraziyə sülhməramlıların yerləşdirilməsinin və nəqliyyat-kommunikasiya sisteminin bərpa olunmasının tərəfdarıdır”.

Femida.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşündə deyib.

O, yüksək səviyyəli dövlət məmurlarının, o cümlədən Azərbaycanın yeni xarici işlər nazirinin Rusiyaya bu cür səfərlərini tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparmaq baxımından çox önəmli olduğunu bildirib.

Femida.az

Açar sözlər: #Qarabağ   #Rusiya   #Lavrov  

Oxunub: 1319