Yarmarkada soyğunçuluq edən şəxs tutuldu


15:47     23 Sentyabr 2020 ogurluq11.jpg

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edən Abşeron rayon sakini S.Həmidov sentyabrın 20-də rayon ərazisindəki yarmarkaların birində bir nəfərin onun 100 manatını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunan B.Rüstəmov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 257