Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə getdi


09:09     24 Sentyabr 2020 2018/04/ceyhun-bayramov_1524644015.jpg

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.

Femida.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nazirin Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.
C.Bayramov “Twitter” səhifəsində yazıb ki, strateji əlaqələrimizi daha da gücləndirmək üçün səmərəli müzakirələrin aparılacağını gözləyir:

“Beynəlxalq hüquq normalarına və prinsiplərinə ciddi hörmət əsasında regional barışı, təhlükəsizliyi və tərəqqini təmin etməyə qərarlıyıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 464