Qazaxıstanda ölüm hökmü ləğv edildi


11:11     24 Sentyabr 2020 Qazaxistan%20Respublikasi%2011%20Astana%20(1).jpg

Qazaxıstan beynəlxalq protokollara qoşularaq ölüm hökmünü ləğv edib.

Femida.az “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazriliyi bəyanat yayıb.

Bildirilib ki, Qazaxıstanın BMT-nin mənzil-qərargahındakı daimi nümayəndəsi Kayrat Umarov ölüm hökmünün ləğvi barədə ikinici protokolu imzalayıb.

Qeyd edək ki, Qazaxıstan 2003-cü ildən ölüm hökmünə müddətsiz moratorium qoymuşdu. 2004-cü ildən başlayaraq bu hökm ömürlük azadlıqdan məhrumetmə cəza ilə əvəzələnib.

Hazırda Qazaxıstanda barəsində ölüm hökmü çıxarılan 1 nəfər var. “Almatı atıcısı” olaraq tanınan Ruslan Kulekbayev 2016-cı ildə 10 nəfəri güllələyərək öldürmüşdü.

Femida.az

Açar sözlər:

Oxunub: 479