Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır


11:22     24 Sentyabr 2020 mektebehazirlig_grup_110817.jpg

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 24-ü saat 17:00-dək davam edəcək.

Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.

Qeyd edək ki, qeydiyyat prosesinə avqustun 18-dən start verilib. 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.


Femida.az

Açar sözlər:

Oxunub: 469