Ermənistanda 374 yeni yoluxma qeydə alınıb


11:43     24 Sentyabr 2020 2020/09/ermenistan-korona_1600933437.jpg

Ermənistanda koronavirusa yoluxanların sayı 48 251 nəfərə çatıb.

Femida.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 374 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 945 nəfər koronavirusdan ölüb, 3 748 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 440