Hövsan güzəştli mənzilə sahib olanlar məlum oldu


13:40     24 Sentyabr 2020 20_09_24_1600942631.jpg

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində iyunun 30-da və iyulun 7-də “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.


Bu barədə Femida.az-a MİDA-dan məlumat verilib.

Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.

Açar sözlər: #MIDA   #Hövsan  

Oxunub: 231