“Azərbaycan və Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir” - XİN rəhbəri


14:34     24 Sentyabr 2020 20_09_24_1600943700.jpg


Azərbaycan və Gürcüstan hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı David Zalkaliani ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

XİN rəhbəri bildirib ki, bu dəstək çoxtərəfli platformalarda açıq şəkildə ifadə olunur.

Xatırladaq ki, C.Bayramov Gürcüstanda rəsmi səfərdədir.

Femida.az

Açar sözlər:

Oxunub: 433