Eyvazov dini ekstremizm şöbəsinə yeni rəis təyin etdi


14:55     24 Sentyabr 2020 2019/07/vilayet_eyvazov_1562763735.jpg


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində yeni təyinat olub.


Femida.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Vüqar Ağayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin dini ekstremizm şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, daha öncə Şəki Şəhər Rayon Polis Şöbəsinin və Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifələrində çalışıb. //Unikal.org

Femida.az

Açar sözlər: #DİN   #rəis   #dini   #ekstremizm  

Oxunub: 464