19 şagird koronavirusa yoluxdu


15:24     24 Sentyabr 2020 1497507535_sagirdsinif.jpg


Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı bu günə olan məlumatlar açıqlanıb.

Təhsil Nazirliyindən Femida.az-a bildirilib ki, sentyabrın 24-də 94 şagirdin,2 nəfər işçi heyətin bədən hərarəti 37 dərəcədən yuxarı olub.

19 şagird, 3 nəfər işçi heyət isə koronavirusa yoluxub. İnfeksiyaya yoluxma hallarına görə distant təhsilə keçirilən siniflərin sayı bu gün 3 olub. Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 9-a çatıb.



Femida.az

Açar sözlər: #şagird   #koronavirus  

Oxunub: 273