43 nəfər hakimliyə namizəd bütün mərhələləri uğurla keçdi
15:55 24 Sentyabr 2020
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Şuradan Femida.az-a verilən məlumata görə, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məhkəmə islahatının dərinləşdirilməsi haqqında ötən il imzalanmış Fərmanla hakim ştatları sayının 200 vahid – üçdə bir qədər artırılmasının məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Yeni ayrılmış ştatların yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına komplektləşdirilməsi, habelə seçim zamanı çevikliyin təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin seçilməsi Qaydaları təkmilləşdirilib və seçim prosesi davamlı xarakter alıb. İmtahanlarda müasir texnologiyalar tətbiq edilməklə sualların kompüter vasitəsilə cavablandırması və nəticələrin dərhal elan edilməsi təsbit olunub.
Qızını evdə zəncirləyən kişinin məhkəməsi başlayır
Bu Qaydalarla ötən ildən başlamış müsabiqələr nəticəsində 43 nəfər hakimliyə namizəd bütün imtahanları, o cümlədən yarım illik tədris kursunu, habelə məhkəmələrdə stajkeçməni uğurla başa vurub və Hakimlərin Seçki Komitəsi tərəfindən Məhkəmə-Hüquq Şurasına təqdim ediliblər.
Şuranın bu günlərdə keçirilmiş iclaslarında Qaydalara uyğun olaraq həmin namizədlərin hər biri ilə fərdi söhbətlər keçirilib, onların ixtisaslaşmaları aparılaraq birinci instansiya məhkəmələrinə hakim vəzifəsinə təyin olunmaları üçün təkliflərin hazırlanması qərara alınıb. İclasda Hakimlərin Seçki Komitəsi tərəfindən müsabiqələrin xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla davam etdirilməsi təqdir olunub.
Qeyd olunub ki, bu müsabiqələrdə, həmçinin 64 nəfər test üsulu ilə və yazılı imtahanları uğurla başa vurub və həmin namizədlərlə yaxın günlərdə şifahi imtahanlar keçiriləcəkdir. Hakim olmaq üçün sənədlərini təqdim etmiş növbəti 250 nəfər namizədlə test imtahanının təşkili üçün Dövlət İmtahan Mərkəzi ilə birgə tədbirlər görülür. Sənədlərin sadələşdirilmiş formada – elektron qəbulu isə hazırda davam etdirilir.
Zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaqdır.
Femida.az
Oxunub: 3326
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib