Məhkəmə sədrinə töhmət verildi - 4 hakimin işinə baxılacaq


16:58     24 Sentyabr 2020 20_09_24_1600951957.jpg


Azərbaycanda bir məhkəmə sədrinə töhmət verilib.

Femida.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından bildirilib.

Zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaqdır.

Femida.az

Açar sözlər: #məhkəmə   #hakim   #sədr   #femida   #töhmət   #hüquq  

Oxunub: 687