İxtisas qrupları üzrə ayrılan dövlət sifarişli yerlərin sayı açıqlanıb


19:47     24 Sentyabr 2020 meleyke4.jpg

“Bu il ali məktəblərə dövlət sifarişli ixtisasların sayı 21 799 olub”.

Femida.az -ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət sifarişli yerlərin 9 290-ı I qrup, 4 115-i II qrup, 4 256-sı III qrup, 2 625-i IV qrup, 1 513-ü isə V qrupa ayrılıb.

“Bu il ali məktəbə qəbul olan abituriyentlərin sayı 42 731, subbakalavrların sayı 5 785 olub. Dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 20 799, subbakalavrların sayı 779 olub. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 21 932, subbakalavrların sayı 5 006 olub. I qrupa qəbul olunan abituriyentlərin ümumi sayı 13 090, subbakalavrların sayı 1 995 olub. Həmin qrup üzrə dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 8 811, ödənişli yerlərə qəbul olanların sayı 4 279, dövlət sifarişli yerlərə qəbul olunan subbakalavrların sayı 179, ödənişli yerlərə qəbul olanların sayı 1 816 olub. II qrupa qəbul olunan abituriyentlərin sayı 10 641, subbakalavrların sayı 3 322 olub. Həmin qrup üzrə dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 3 991, subbakalavrların sayı 416 olub. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 6 650, subbakalavrların sayı 2 906 olub. III qrupa qəbul olunan abituriyentlərin ümumi sayı 11945, subbakalavrların sayı 42 olub. Bu qrup üzrə dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 4 219 olub, dövlət sifarişli yerlərə qəbul olan subbakalavr olmayıb. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 7 726, subbakalavrların sayı 42 olub. IV qrupa qəbul olunan abituriyentlərin ümumi sayı 3 506, subbakalavrların sayı 372 olub. Bu qrupda dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 2 351, subbakalavrın sayı 183, ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 1 155, subbakalavrların sayı 189 olub. V qrupa qəbul olunan abituriyentlərin sayı 3 549, subbakalavrların sayı 54 olub. Bu qrupda dövlət sifarişli yerlərə qəbul olunan abituriyentlərin sayı 1427, 1 subbakalavr olub. Ödənişli yerlərə qəbul olunan abituriyentlərin sayı 2122, subbakalavrların sayı isə 53 olub”, - deyə DİM sədri qeyd edib.

Açar sözlər:

Oxunub: 383