Sabiq prokurorun qaynı yaşadığı mənzildə öldürüldü


20:37     24 Sentyabr 2020 20_09_24_1600975557.jpg


Sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.


Bu barədə Femida.az-a Nərimanov Rayon prokurorluğundan məlumat verilib.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadənin qaynıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 380