"Pensiyaçılar hesaba köçürülmüş vəsaiti istədiyi qədər kartında saxlaya bilər"


13:00     25 Sentyabr 2020 pensiyacilar-pensiyalari-bu-bankomatlardan-alacaq266f0f05a5923cf1bb53.jpg


Pensiyaçının bank hesabına köçürülmüş vəsaitin idarə olunması pensiyaçının səlahiyyətindədir və pensiyaçının həmin vəsaiti kartlarında nə qədər müddətə saxlamasına məhdudiyyət qoyulmayıb.

Femida.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondununmətbuat katibi Rəşad Mehdili bildirib.

O, qeyd edib ki, pensiyaçı öz vəsaitini istədiyi vaxt çıxara bilər:

"DSMF tərəfindən pensiyaçının hesabına köçürülən sosial ödənişlərin, o cümlədən pensiya vəsaitlərinin saxlandığı bank hesablarının elektron hücumlardan qorunması da təmin edilir. Pensiya kartlarını pensiyaçılara təqdim edən ödəniş müəssisələri (banklar) qanunveriliklə müyyən edilmiş vəzifələrinə uyğun olaraq bunu təmin edirlər".

Femida.az

Açar sözlər: #pensiya   #DSMF  

Oxunub: 580