Azərbaycanda 1 milyard manatlıq problemli kredit var


15:14     25 Sentyabr 2020 20_09_25_1601034245.jpg


Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il sentyabrın 1-nə 1,065 milyard manat təşkil edib.

Femida.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 0,3% çoxdur.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16,3%, son 1 ildə isə 28,6% azalıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət iyulun sonuna da 7,3%, ötən ilin sonuna 8,3%, ötən il avqustun sonuna isə 10,8% olub.

Femida.az

Açar sözlər: #kredit  

Oxunub: 305