Daha 13 şagirddə koronavirus aşkarlanıb


16:02     25 Sentyabr 2020 20_09_25_1601037189.jpg

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.


Nazirlikdən Femida.az-a bildirilib ki, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.

Daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 11-ə çatıb. İndiyə qədər ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 337