AQTA-dan toylarla bağlı açıqlama


16:36     25 Sentyabr 2020 toy6.jpg

“Ölkədə toyların keçirilməsinə icazə verilsə, bu, ən yüksək yoluxma riski olan sahələrdən biri olacaq. Bununla bağlı tənzimləyici normalar müəyyənləşdiriləcək, eyni zamanda müvafiq nəzarət tədbirləri həyata keçiriləcək”.

Femida.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədrinin müşaviri Elxan Mikayılov bildirib. Onun sözlərinə görə, əksər şadlıq sarayları restoran kimi fəaliyyət göstərir:

“Həmin ictimai iaşə obyektlərinin toylar formasında yox, vətəndaşlara restoran vasitəsi ilə xidməti var. Biz pandemiya dövründə şadlıq sarayları ilə əlaqələr qurmuşuq. Kafesi, restoranı olan şadlıq sarayları nəzarət olunan məsələlərlə yaxından tanışdılar. Bu, imkan verəcək ki, toylara icazə verildiyi halda şadlıq saraylarında həmin tələblər daha rahat yerinə yetirilsin. Çünki bununla bağlı metodiki təlimatlarımız var”.

AQTA rəsmisi qeyd edib ki, toylara icazə verilən zaman bütün şadlıq sarayları ilə əvvəlcədən hazırlanan metodiki göstəricilər və qərarlar üzrə maarifləndirmə tədbirləri keçiriləcək: "Pandemiya şəraitində şadlıq sarayının necə təşkil edilməsi barədə tənzimləyici normalar müəyyənləşdiriləcək. Eyni zamanda, müvafiq nəzarət tədbirləri həyata heçiriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 478