Bakıda soyğunçuluq edən şəxs tutulub


17:09     25 Sentyabr 2020 2020/09/sebnj-1601038361_1601039446.jpg

Sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısını əlindən alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vəliyev saxlanılıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 37-ci Polis Şöbəsindəə toplanan materiallar Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Femida.az

Açar sözlər:

Oxunub: 437