Ordumuzun döyüş hazırlığından yeni görüntülər - VİDEO


17:11     25 Sentyabr 2020 2020/09/9f5c7-1601039023_1601039561.jpg

Müdafiə nazirinin təsdiq etdiyi 2020-cil üçün döyüş hazırlığı planına uyğun olaraq Mühəndis-istehkam bölmələri ilə taktiki-xüsusi və döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, plana əsasən, həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilən bölmələr mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.

Məşğələlərdə əsas məqsəd komandirlərin bölmələri idarəetmə bacarıqlarının praktiki yoxlanılması, onların döyüş, vəziyyəti qiymətləndirmə və yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbuletmə vərdişlərinin daha da təkmilləşdirilməsidir.

Açar sözlər:

Oxunub: 3164