TƏBİB-də yeni təyinat olub


17:36     25 Sentyabr 2020 kreslo7.jpg

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat olub.


TƏBİB-dən Femida.az-a verilən məlumata görə, bu vəzifəyə Akif İrzaxan oğlu Qurbanov gətirilib.

Tibb üzrə elmlər doktoru, professor Akif Qurbanov Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 13 iyun tarixli Sərancamı ilə “Əməkdar müəllim” adına layiq görülüb.

Bundan öncə, 2005 – 2011 Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti, 2012- 2019 Azərbaycan Tibb Universiteti, Təhsilin keyfiyyətinin təminatı və innovasiya şöbəsinin müdiri olaraq çalışıb.

Eyni zamanda, Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Tədris-Klinik Mikrobiooji Laboratoriya həkimi, Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının professoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü kimi fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 238