Sentyabr ayı üzrə bütün pensiya və təqaüdlər ödənildi


17:39     25 Sentyabr 2020 pensiya.jpg


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən sentyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi.


Femida.az xəbər verir ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.
Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə sentyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Femida.az

Açar sözlər: #DSMF   #pensiya  

Oxunub: 255