Gömrükdəki yeniliklərlə bağlı ən çox verilən sualların - Cavabları


18:55     25 Sentyabr 2020 gomruk1.jpg

Dövlət Gömrük Komitəsi (DGK) "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinin təqdimatından sonra qurumun sosial şəbəkələrdəki rəsmi səhifələrinə ən çox ünvanlanan sualları cavablandırıb.


Femida.az həmin sual-cavabları təqdim edir.

1.Ünvana çatdırılma ödənişsiz olacaq və necə həyata keçiriləcək?

Sifariş etdiyiniz məhsulun ünvana çatdırılması sifariş edənlə daşıyıcı şirkət arasında münasibətlərlə tənzimlənir.

2.300 dollar limitini keçməsək, yenə də bəyannamə verməliyik?

Hər bir halda sifariş etdiyiniz məhsul bu tətbiq vasitəsilə bəyan olunmalıdır.

3.Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?

“Smart Customs” mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.

4.“Smart Customs” proqramında bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək olarmı?

300 dollar limiti çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiyiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq.

5."Smart Customs" proqramına girmək üçün mütləq "Asan imza" olmalıdırmı?

Azərbaycan vətəndaşları üçün proqrama daxil olmaq "Asan imza" və "Elektron imza" ilə yanaşı, "Fərdi identifikasiya nömrəsi" (FİN) ilə də mümkündür. Qeydiyyat zamanı təyin edəcəyiniz şifrənin böyük və kiçik hərflərlə yanaşı, rəqəmdən ibarət olmasına da diqqət edin.

6. Smart Customs” proqramı ilə 2 ədəddən artıq, amma 300 dollar limitini keçmədən sifariş verdikdə gömrük rüsumu ödəmək lazımdır?

Malların gömrük sərhədindən fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə onların xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında gömrük orqanları tərəfindən müəyyən edilir. Vətəndaş şəxsi istifadəsi və istehlakı məqsədləri üçün 2 (iki) ədəd eyni və (və ya) eynicinsli malı güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə gömrük ödənişləri ödənilir.

7.“Smart Customs” proqramında səhvən bəyannamə verdim və limitim doldu, bunu necə ləğv edə bilərəm?

Bildiririk ki, “Smart Customs” proqram təminatının tezliklə yenilənməsi nəzərdə tutulur. Yenilənəcək proqram təminatında qeyd olunan məsələ öz həllini tapacaq.

8."ASAN imza" olmadan “Smart Customs” proqramında qeydiyyatdan keçmək olarmı? Hansı səbəbdən FİN kodla qeydiyyatdan keçmək olmur?

“Smart Customs” proqram təminatından istifadə "ASAN login" sisteminə daxil olmaqla yalnız "ASAN imza", "Elektron imza" və ya "Fərdi identifikasiya nömrəsi" (FİN) vasitələrilə mümkündür. Autentifikasiya vasitələrindən müvafiq olaraq biri seçilməlidir.

Qeyd: Şəxsiyyət vəsiqənizin vaxtı bitdiyi halda, mobil nömrə sizin adınıza olmadığı halda "ASAN login" sistemində qeydiyyatdan keçmək mümkün olmayacaq. Proqram təminatına daxil olduqda şifrənizi daxil etdikdən sonra “Mən robot deyiləm” xanası işarələnməlidir.

9.Telefon nömrəsi mənim adıma deyilsə, amma bağlama mənim adıma olacaqsa, bəyannamə necə veriləcək?

“Smart Customs” proqram təminatına daxil olmaq üçün “ASAN login” sistemində qeydiyyatdan keçməlisiniz. Telefon nömrəniz öz adınıza olmalıdır, əks halda "ASAN login" sistemində qeydiyyatdan keçə bilməyəcəksiniz.

10.Gətirəcəyim məhsulun aid olduğu kateqoriya sizin siyahıda yoxdur, bu halda nə etməliyəm?

Bildiririk ki, ölkə ərazisinə gətirilən mal kateqoriyaları tərəfimizdən analiz olunur və siyahıya yeni mallar əlavə olunacaq. Malların siyahısı mütəmadi olaraq yenilənir.

11.“Smart Customs” proqramında elektron xidmət haqqı hansı hallarda verilir?

Nazirlər Kabinetinin 2016-cı il 26 aprel tarixli 168 nömrəli qərarına əsasən, bütün növ gömrük bəyannamələri üçün elektron gömrük xidmətinin göstərilməsinə görə gömrük yığımı tutulur.

Femida.az

Açar sözlər:

Oxunub: 232