Prokurorluğa “Instagram”da 70 müraciət daxil olub - VİDEO


20:31     25 Sentyabr 2020 Prokurorluq%20yen%20%20070714.jpg

Sentyabrın 25-də saat 15:00-dan 18:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində prokurorluqla bağlı növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az-a bildirilib ki, ictimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətləri qeydə alınıb.

Sessiya zamanı 70 müraciət daxil olub. Müraciətlər Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən dərhal cavablandırılıb.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.



Femida.az

Açar sözlər:

Oxunub: 237


Oxşar xəbərlər