Bakıda maşınlara ziyan vuran keçmiş məhkum tutuldu


21:19     25 Sentyabr 2020 qeza_yeni.jpg

Bakıda bir neçə avtomobilə zərər vuran şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən Femida.az-a daxil olan məlumata görə, Nəsimi rayonu C.Hacıbəyli küçəsində paytaxt sakinləri G.Həsənovaya məxsus “Chevrolet” və A.Mahmudova məxsus “Hyundai” markalı avtomobillərin alın şüşələri sındırılıb və kapot hissələri əzilib. Bu barədə rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsədullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 462