Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur


11:48     26 Sentyabr 2020 20_09_26_1601112676.jpg


Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.


Bu barədə Femida.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Namizədlər bu link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:

https://edu.gov.az/upload/file/vakansiya/2020/D%C4%B0Q_vakant_yerler.pdf

Femida.az

Açar sözlər: #direktor   #təhsil   #məktəb  

Oxunub: 502