Qanunsuz özəl mühafizə fəaliyyəti göstərən şəxslər saxlanıldı
13:08 26 Sentyabr 2020
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bakı Şəhər Baş Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbir zamanı Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.
Qeyd edək ki, həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 433
Oxşar xəbərlər
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- “Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edilib
- Hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində əməliyyat keçirib, vəzifəli şəxslər həbs edilib
- AMEA Ramiz Mehdiyevin işə silahlı mühafizəçilərlə gəlməsinə münasibət bildirib
- “Beerlin Pub”da mühafizəçi müştərini buna görə öldürübmüş - “Corab geyinməmişdi”
- Azərbaycanın Qazaxıstandakı səfirliyindən diplomatik korpusun mühafizəsi ilə bağlı açıqlama
- Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə təsdiq edilib
- Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin sığortası ilə dəyişiklik layihəsi I oxunuşdan keçib
- Şəkidə daha 58 abidə dövlət mühafizəsinə götürülüb
- Məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb