Astarada maskalı şəxslər evə basqın edib


13:41     26 Sentyabr 2020 ogru%20n9.jpg

Astara Rayon Polis Şöbəsinə sentyabrın 17-də saat 3 radələrində Təngərüd kəndində yaşayan S.Abdullayevin evinə girmiş 3 maskalı şəxsin onun atası, oğlu və həyat yoldaşına bıçaqla xəsarətlər yetirməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əzizov və Astara rayon sakini, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıblar.

Şəxsi axtarış zamanı E.Əzizovdan 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər: #Astara  

Oxunub: 206