Ceyhun Bayramov Ukraynaya başsağlığı verib


14:15     26 Sentyabr 2020 20_09_26_1601115347.jpg


Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.


Femida.az-ın məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

Nazir bildirib: "Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik".

Xatırladaq ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub.

Femida.az

Açar sözlər: #XİN  

Oxunub: 421