Ordumuz özüyeriyən haubitsalardan döyüş atışları icra edir - VİDEO


14:38     26 Sentyabr 2020 20_09_26_1601116758.jpg

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.


Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Həy'can siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsi suallarını məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.



Femida.az

Açar sözlər:

Oxunub: 937