Avtomobili aşıran sürücü hadisə yerində öldü


18:52     26 Sentyabr 2020 qeza_yeni.jpg

Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın xəbərinə görə, hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini, 1973-cü il təvəllüdlü Şirinov Qərib Fərman oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 194