Avtomobili aşıran sürücü hadisə yerində öldü
18:52 26 Sentyabr 2020
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az-ın xəbərinə görə, hadisə rayonun Çaparlı kəndi ərazisində qeydə alınıb. İsmayıllı rayon sakini, 1973-cü il təvəllüdlü Şirinov Qərib Fərman oğlu idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Femida.az
Oxunub: 435
Oxşar xəbərlər
- Avtomobilini 48 saatdan çox parklanma yerində saxlayanlar 20 manat cərimələnəcək
- Avtomobilin yük yerində istehlak üçün yararsız at əti aşkarlanıb
- Avtomobili hərbçi və polisin üzərinə sürən şəxslər həbs edildi
- Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb
- Avtomobilində "pub” xidməti göstərən şəxs həbs edildi
- Avtomobilin gizli saxlanc yerlərindən spirtli içkilər aşkarlandı
- Avtomobilində heroin, metamfetamin və marixuana, cibində isə "beşbarmaq" aşkar edildi
- Avtomobilin mühərrikindən 2 kq heroin çıxdı
- Avtomobilin vurduğu piyada evində öldü
- Avtomobilini düzgün park etməyənləri cəza gözləyir