Gürcüstanın azərbaycanlı müftisi vəzifəsini tərk edib


19:19     26 Sentyabr 2020 2020/09/9f9c6a30-c270-357b-bbd1-85aed72c7e70_850_1601133607.jpg

Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi Hacı Yasin Əliyev vəzifəsindən ayrılıb.

Femida.az xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

Şərqi Gürcüstan üzrə müfti öz istəyi əsasında sağlamlıq durumu ilə bağlı istefa verib.

Y.Əliyevin vəzifəsini müvəqqəti olaraq Hacı Eyvaz Mərdanov icra edəcək.

Yeni müfti yaxın gələcəkdə GMİ-nin Ali Dini Şurası tərəfindən seçiləcək.

Qeyd edək ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsi üzrədir.

Femida.az

Açar sözlər:

Oxunub: 239